...

Azərbaycan türkdilli ölkələrin ali məktəblərinin virtual şəbəkəsinin yaradılması təşəbbüskarı kimi çıxış edib

Telekommunikasiya Materials 18 Dekabr 2009 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycan türkdilli ölkələrin ali təhsil müəssisələrinin virtual şəbəkəsinin yaradılması təşəbbüskarı kimi çıxış edib. Bunu Azərbaycan Dövlət Pedoqoji Universitetinin kompüter mərkəzinin direktoru İlham Əhmədov Trend -a deyib.

Əhmədovun sözlərinə görə, layihə məsafəli təhsil platformasında "Turan Virtual Universiteti" şərti adı altında açıq virtual türkdilli universitetin yaradılmasını nəzərdə tutur.

"Biz beynəlxalq standartlar əsasında hüquqi-normativ bazanın, ixtisaslara müvafiq olan təhsil portallarının və türkdilli universitetlərin sıx əməkdaşlığına, ümumilikdə, təhsil sahəsinin inkişafına kömək edə biləcək vahid informasiya şəbəkəsinin yaradılmasını təklif edirik", - Əhmədov deyib.

Bu məsələ ilk dəfə noyabrda Türkiyədə keçirilən BSI-2009 I Beynəlxalq konfrans zamanı qaldırılıb. Konfransda 2010-cu ilin sonunda Bişkəkdə keçirilməsi planlaşdırılan konfrans zamanı növbəti dəfə bu məsələyə baxmaq qərarı qəbul edilmişdi.

Əhmədovun sözlərinə görə, türkdilli dövlətlər tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi ilə layihənin növbəti 5 il ərzində uğurla reallaşacağını gözləmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti