...

Azərbaycan Mərkəzi Bankı öz İnternet-portalının yeniləşmiş versiyasını təqdim edəcək

Telekommunikasiya Materials 22 Dekabr 2009 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Vəliyev/

Yaxın günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) öz İnternet-portalının yeniləşmiş versiyasını təqdim edəcək. Bu barədə çərşənbə axşamı AMB-nin İT departamentindən bildirilib.

Hazırda Mərkəzi Bankın əsas inkişaf tendensiyalarından biri fəaliyyətin açıqlığının və şəffaflığının artırılmasıdır. İnternet texnologiyalarının tətbiqi AMB-nin fəaliyyəti barədə informasiyanın yayılması üzrə müvəqqəti geriləməni kifayət qədər azaltmağa imkan yaradacaq. Mərkəzi Bank bank və maliyyə sisteminin tənzimlənmə funksiyasını yerinə yetirir ki, bu da onun kredit və maliyyə təşkilatlarından aldığı statistik informasiyanın toplanması və yayılması imkanlarını genişləndirir.

İqtisadi statistikanın internet şəbəkəsində yerləşdirilməsi iqtisadiyyatın vəziyyətinə dair məlumatın toplanması və analizi ilə bağlı olan bank üçün şərtsiz prioritetdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti