Azərbaycan, bakı, 04 fevral/ Trend /
Trans-Avrasiya informasiya supermagistralı üzrə qətnamə layihəsi baxılması üçün BMT-nin Baş Assambleyasına təqdim edilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.
Əvvəllər Nyu-Yorkda BMT-nin ikinci komitəsinin (maliyyə və iqtsadiyyat) iclasında Azərbaycan tərəfindən təklif olunmuş superinformasiya magistralı layihəsi yekdilliklə qəbul edilmişdi.
Layihənin məqsədi - Qərb və Şərq arasında superinformasiya magistralının yaradılması, region ölkələrinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsidir.
Bu magistral Şərqi Avropanı, MDB dövlətlərini, Türkiyəni, İranı, Pakistan və Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiyanı əlaqələndirir, regionda yeni transmilli şəbəkənin yaradılması üçün səmərəli şərait yaradır.
Layihə 20-dən çox ölkəni birləşdirə bilər.