...

Azərbaycanda internet istifadəçilərinin sayı 2,4 milyon nəfərdən çoxdur - Internet World Stats

Telekommunikasiya Materials 7 Aprel 2010 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir H.Vəliyev/

İnternetdən istifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - Usage and population statistics) yeni hesabatına görə, Azərbaycanda internet istifadəçilərinin sayı 2,44 milyon nəfəri ötür.

İnternet istifadəçilərinin sayına görə Azərbaycan Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanı qabaqlayır.

Hesabatda qeydə alınan postsovet məkanı ölkələri arasında ilk yer Özbəkistana məxsusdur. Bu ölkədə internet istifadəçilərinin sayı 2,47 milyona yaxındır.

Internet World Stats-in əvvəlki hesabatında (2009-cu ildə) Azərbaycanda internet istifadəçilərinin sayı 1,48 milyon nəfərdən çox göstərilmişdi.

Hesabata əsasən, Asiya ölkələri dünyada bütün internet istifadəçilərinin 42,4 faizini təşkil edir.

Aşağıdakı cədvəldə qitənin bəzi ölkələri üzrə göstəricilər təqdim olunub:

Asiya

Əhali
(2009-cu il, təxminən)

İnternet istifadəçiləri
(2000-ci il)

İnternet istifadəçiləri (son məlumatlar)

İstifadəçilərin əhaliyə nisbətdə faizi

İstifadəçilərin artımı (%-lə, 2000-2009-cu illər)

Asiya üzrə internet istifadəçiləri (%-lə)

Azərbaycan

8,238,672

12,000

2,444,600

29.7

20,271.7

0.3

Ermənistan

2,967,004

30,000

191,000

6.4

536.7

0.0

Gürcüstan

4,615,807

20,000

1,024,000

22.2

5,020.0

0.1

Qazaxıstan

15,399,437

70,000

2,300,000

14.9

3,185.7

0.3

Qırğızıstan

5,431,747

51,600

850,000

15.6

1,547.3

0.1

Tacikistan

7,349,145

2,000

600,000

8.2

29,900.0

0.1

Türkmənistan

4,884,887

2,000

75,000

1.5

3,650.0

0.0

Özbəkistan

27,606,007

7,500

2,469,000

8.9

32,820.0

0.3

Asiya üzrə cəmi

3,808,070,503

114,304,000

764,435,900

20.1

568.8

100

Xəbər lenti

Xəbər lenti