Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Q.Vəliyev/
Nazirlikdən verilən xəbərə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Neftçalada telekommunikasiya qovşağının elektronlaşması işini başa çatdırıb.
Qurumun verdiyi məlumata görə, mərkəzi ATS-in yenidən qurulması nəticəsində, stansiyanın nömrə tutumu iki min vahid artıb. Bu gün ATS-in mərkəzi EATS-nin ümumi nömrə tutumu dörd min nömrə təşkil edir.
EATS müasir texnologiyalar və müştərilər üçün lazımi informasiya ilə təchiz olunub. Əhalinin internet şəbəkəyə çıxışı üçün ATS-in binasında internet-klub açılıb.
Genişzolaqlı xidmətlərin çatdırılması üçün Neftçala ATS-də 48 port avadanlığı istifadəyə verilib.
Birinci kvartalın yekununa əsasən, TKQ ilə alınmış gəlirin həcmi 126 min manat təşkil edib.