...

"NarMobile"ın reklam çarxı yaradıcılıq üzrə dünya mükafatına layiq görülüb

Telekommunikasiya Materials 22 İyun 2010 12:18 (UTC +04:00)
"Azerfon" şirkəti qürur hissi ilə bildirir ki, "NarMobile" reklam çarxı ABŞ-ın yaradıcılıq sahəsində ən iri mükafatı olan "Creativity" beynəlxalq mükafatına layiq görülüb. "Boyun sindromu" adlı reklam çarxının süjeti beynəlxalq münsiflər heyəti tərəfindən kifayət qədər orijinal adlandırılıb.
"NarMobile"ın  reklam çarxı  yaradıcılıq üzrə dünya mükafatına layiq görülüb

Аzərbaycan, Bakı, 22 iyun /Trend/

"Azerfon" şirkəti qürur hissi ilə bildirir ki, "NarMobile" reklam çarxı ABŞ-ın yaradıcılıq sahəsində ən iri mükafatı olan "Creativity" beynəlxalq mükafatına layiq görülüb. "Boyun sindromu" adlı reklam çarxının süjeti beynəlxalq münsiflər heyəti tərəfindən kifayət qədər orijinal adlandırılıb.

Reklam çarxı "Azerfon"un yaradıcı tərəfdaşı olan "Bruketa&Zinic" şirkəti tərəfindən hazırlanıb. "Boyun sindromu" reklam çarxı məzəli pozalarda, boyunları əyilmiş vəziyyətdə gəzən müxtəlif adamları göstərir. Çarxın sonunda aydın olur ki, bu, telefon danışıqları nəticəsində əmələ gələn boyun qıcolması səbəbindən baş verib. "Çarxın məqsədi uzunmüddətli danışıqlar səbəbindən boyun qıcolmasına gətirib çıxaran "NarMobile"ın yeni tariflərinin münasibliyini göstərməkdən ibarətdir", - "NarMobile"ın rəhbəri Çinar Erek bildirib.

Bu mükafat "NarMobile" üçün beynəlxalq tanınma simvolu olaraq, bu, ticarət nişanını innovasiya və inkişaf sahəsində Azərbaycanın nümayəndəsi kimi tanıdır.

"Creativity International Awards" reklam və qrafik dizayn sahəsində ən qədim müstəqil beynəlxalq müsabiqələrdən biridir. Müsabiqə 1970-ci ildə təsis olunub. Hal-hazırda "Creativity International Awards" dünyanın qabaqcıl dizayn layihələrini birləşdirən yaradıcılıq üzrə illik müsabiqədir. Müsabiqənin münsiflər heyəti reklam və dizayn sahəsində çalışan peşəkarlardan ibarətdir.

Xəbər lenti

Xəbər lenti