...

"Azerfon-Vodafone" Azərbaycanın digər regionlarında 3G şəbəkəsini istifadəyə verdiyini elan edib

Telekommunikasiya Materials 18 Avqust 2010 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend /

2010-cu ilin avqust ayından etibarən, "Azerfon-Vodafone" 3G şəbəkəsi Quba, Xaçmaz və Lənkəran şəhərlərində də istifadəyə verilir. Əhatə dairəsinə daxil edilmiş bu üç yeni şəhər ilə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə, "Azerfon-Vodafone"un 3G xidmətləri hazırda Azərbaycanın 11 şəhərində istifadə olunur.

"Azerfon" şirkəti idarə heyətinin sədri Cüneyt Türktan: "Azerfon-Vodafon"un 3G texnologiyası əsasında təqdim etdiyi xidmətlərə müştərilərin dayanmadan artan marağını nəzərə alaraq, biz bu şəbəkənin əhatə dairəsini Lənkəran, Quba və Xaçmaza da genişləndirməyi qərara aldıq. Biz bilirik ki, Azərbaycanda İnternet istifadəçilərinin sayı xeyli yüksəkdir. Get-gedə daha çox insan 3G xidmətlərini dəstəkləyən telefonlar vasitəsilə İnternetdən istifadə edir və məhz bu səbəbdən hazırda "Azerfon-Vodafon"un xidmətləri geniş populyarlıq qazanmışdır".

2009-cu ilin dekabr ayından "Azerfon-Vodafone" müştərilərinə 3G xidmətləri və o cümlədən, videozəng, məlumatların yüksəksurətli ötürülməsi, daha yüksək keyfiyyətli səs, daha geniş əhatə dairəsi və istifadə həcmlərini təklif etməkdədir. Məlumatın saniyədə 384 kb qədər sürətlə ötürülməsinə imkan verən ümumi 2G texnologiyasından fərqli olaraq, istifadəyə verilmiş 3G xidmətləri "Azerfon-Vodafone"un müştərilərinə məlumatın ötürülməsində saniyədə 3.6 Mb qədər sürətdən istifadə etmək imkanını yaradır. Hazırda sürətli mobil İnternet istifadəçiləri və rominq xidmətlərinə ehtiyacları olanlar üçün "Azərfon-Vodafone" birinci seçimdir. Nəzərə alsaq ki, "Azerfon-Vodafone" "Vodafone" şirkətinin qlobal rominq şəbəkəsindən istifadə imkanlarına malikdir, şirkətin müştəriləri dünyanın 108-dən çox ölkəsində rahat və əlverişli tarifli rominq xidmətlərindən yararlana bilərlər.

"Azerfon-Vodafone" tərəfindən təklif edilən ən son kampaniya məhsulları arasında daha aşağı qiymətli rominq xidmətlərini təklif edən "Həmişə Ünsiyyətdə Ol" tarif paketini (səyahət zamanı 30-dan 70-dək pulsuz dəqiqə və SMS), habelə pulsuz qoşulma haqqı olan yeni 3G+ tariflərini qeyd etmək olar. Təklif edilən paketlərlə daha təfərrüatlı məlumatla www.azerfon-vodafone.com ünvanında tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti