...

Azərbaycan "Apple"ın ümumdünya təhsil proqramına qoşulub

Telekommunikasiya Materials 15 Sentyabr 2010 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Alma Store" mağazalar şəbəkəsi ("Apple Premium Reseller"in Azərbaycandakı firma mağazası) "Apple" şirkətinin ümumdünya təşəbbüsü çərçivəsində ali və orta təhsil müəssisələrinin tələbə və müəllimləri üçün "Back-to-School" təhsil proqramının keçilməsini elan edib. Bu barədə çərşənbə günü Trend-ə "Alma Store"un icraçı direktoru Ramin Musayev deyib.

Musayevin sözlərinə görə, Azərbaycan "Apple"ın yeni təhsil ilindən əvvəl bütün dünyada ənənəvi olaraq keçirdiyi "Back-to-School" proqramında ilk dəfə iştirak edir. Proqram vendorların satışını ildə xeyli artıran dünya bazarı üçün adi marketinq gedişidir.

"Back-to-School" proqramı müxtəlif kateqoriyalı məhsullara 10 faizlik güzəşti nəzərdə tutur. Məsələn, ABŞ və Avropa ölkələrində aksiya iPod-ların güzəştlə verilməsini nəzərdə tutur. Biz isə "Mac" portativ kompüterlərə güzəştli variantları seçmişik", - Musayev bildirib.

Tələbə və müəllimlər güzəştləri əldə etmək üçün şəxsiyyəti və proqramın aid olduğu alıcı kateqoriyalarına mənsubluq faktını təqsdiq edən sənədləri təqdim etməlidirlər.

Azərbaycanda keçirilən aksiya ayın sonunadək davam edəcək.

Bununla yanaşı, sentyabrın sonunadək "Alma Store" mağazalarında 15.4, 17 düymlük "MacBook Pro" ilə "iPod touch 8GB" hədiyyə veriləcək.

Xəbər lenti

Xəbər lenti