...

Azərbaycanda Çinin telekommunikasiya avadanlığı şirkətinin rəsmi nümayəndəliyi açılıb

Telekommunikasiya Materials 12 Oktyabr 2010 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir H.Vəliyev/

Çinin ZTE şirkətinin nümayəndəliyi Azərbaycan Vergilər Nazirliyində "bir pəncərə" sistemi vasitəsilə dövlət qeydiyyatından keçib. Bu barədə nazirliyin rəsmi saytında deyilir.

"ZTE Azerbaijan" MMC sentyabrın 3-də 700 min dollar nizamnamə fondu ilə qeydiyyatdan keçib. Şirkətin nümayəndəsi Çin vətəndaşı Xyanq Yanq Yedir.

Azərbaycan nümayəndəliyinin təsisçiləri Qazaxıstan nümayəndələyi - "ZTE Kazakhstan" ilə birgə "ZTE (H.K) Limited"dir (Çin).

ZTE korporasiyası simsiz avadanlıq, şəbəkə avadanlığı, məlumat ötürücü və terminal avadanlığı istehsalı ilə məşğul olur. Korporasiya dünyanın 150-dən çox ölkəsində 500-dən çox operatora innovativ həllər təklif edir.

Xəbər lenti

Xəbər lenti