...

Azərbaycanın rabitə naziri Meksika telekommunikasiya şirkətlərinin fəaliyyəti ilə tanış olub (FOTO)

Telekommunikasiya Materials 14 Oktyabr 2010 13:44 (UTC +04:00)
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Meksikanın telekommunikasiya şirkətlərinin fəaliyyəti ilə tanış olub. Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyinin məlumatında deyilir.
Azərbaycanın rabitə naziri Meksika telekommunikasiya şirkətlərinin fəaliyyəti ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Meksikanın telekommunikasiya şirkətlərinin fəaliyyəti ilə tanış olub. Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyinin məlumatında deyilir.

Nazir, Karlos Slimin başçılıq etdiyi "Grupo Carso" birliyinin tərkibinə daxil olan "Telmex" və "Telcel" şirkətlərinin fəaliyyəti ilə tanış olub.

Görüş oktyabrın 12-13-də Meksikada keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) konfransı çərçivəsində keçirilib. Konfrans öz işini oktyabrın 22-də başa vuracaq.

Nazirliyin başçısı ITU baş katibi Xamadun Ture və bəzi ölkələrin nümayəndələri ilə görüşüb, eləcə də Afrika qitəsi ölkələrinin toplantısında çıxış edib.

Həmçinin, Abbasov Mexiko Ali Məhkəməsinin sədri Edqar Elias Azarla da görüşüb və İKT sektoruna investisiya sərmayələrinin saxlanmasının hüquqi bazasının inkişafı və digər məsələlər müzakirə olunub.

Azərbaycanla Meksika arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlıq məsələləri Meksikanın rabitə və nəqliyyat naziri Xuan Molinar Xorxosito ilə müzakirə edilib və müzakirələrin yekunu olaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

Meksikada Müstəqillik Gününün 200 illiyi və inqilabın 100 illiyi münasibətilə təntənələr münasibətilə hər iki ölkənin tarixi abidələrinə həsr olunmuş birgə poçt markalarının təqdimatı da keçirilib. Markaların üzərində Azərbaycanın və Meksikanın milli bayraqları, Azərbaycanın "Atəşgah" tarixi-monumental abidəsi və Teotiuakanadakı tarixi Ay piramidasının şəkilləri təsvir olunub.

Xəbər lenti

Xəbər lenti