...

Belarusun İT şirkəti Azərbaycanın iki bankında elektron-bankçılıq sisteminin lokallaşdırılması üzrə işləri başa çatdırıb

Telekommunikasiya Materials 29 Oktyabr 2010 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir H.Vəliyev/

"ST Qrup" İnnovasiya Birliyinin tərkibinə daxil olan Belarusun "Sistem texnologiyaları" MMC Azərbaycanın iki bankında elektron bankçılıq sisteminin lokallaşdırılması üzrə işləri başa çatdırıb. Bu barədə cümə günü "ST Qrup"un baş direktoru Aleksandr Mukovozçik deyib. Bu günə sistem "Unibank" və "Express Bank"da tətbiq edilib. "Standard Bank" və "Respublika" bankında sistemin tətbiqi üzrə iş aparılır.

Onun sözlərinə görə, kreditlərin verilməsi və sənəd dövriyyəsi üzrə qərarların lokallaşdırılması ilə bağlı işlərin 2011-ci ildə başa çatdırılması gözlənilir.

"Biz Azərbaycanın altı bankı ilə əməkdaşlıq edirik. 2011-ci ildə onların sayı doqquza çatdırılacaq. Yerli bazarda hər hansı məhsulu təklif etməzdən əvvəl, o, ilkin olaraq lokallaşdırılır ki, buna da yarım il lazımdır. Bizim təklif etdiyimiz hazır qərarların üstünlüyü onların tezliklə tətbiqi, bank fəaliyyətinin əksər aspektlərinin avtomatlaşdırılması imkanı zamanı asanlıqla idarə edilməsindədir. Gələn il Azərbaycan bazarında təklif olunan qərarlar spektri genişləndiriləcək. Söhbət sənəd dövriyyəsinin avtomatlaşdırılması üzrə qərarlardan gedir. Məhsulların lokallaşdırılması üçün vəsait çatışmazlığı ilə əlaqədar biz hələ ki diqqətimizi hazır lokallaşdırılmış qərarların irəliləməsinə cəmləmişik", - Mukovozçik qeyd edib.

Hazırda Azərbaycanın bank proqram təminatı bazarına inteqrə edilmiş "ST. BANK.İT" bank sistemi irəliləyir. O, modul prinsipi üzrə yaradılan sistem altlıqlarından ibarətdir; bu, böyük çoxfiliallı bankın əsas biznes proseslərinin avtomatlaşdırılmasına olan tələbatı əhəmiyyətli dərəcədə təmin edir. Sistem altlığının məlumatları bunlardır: "Elektron bank", "MultiChannel", "Pərakəndə biznes", "Nağd əməliyyatlar", "Korporativ biznes",  "Xəzinədarlıq",  "Kreditli sənəd dövriyyəsi", "CRM" və s.

Proqram qərarları respublikanın qüvvədə olan qanunvericiliyinə uyğunlaşdırılıb və sistemin interfeysi tamamilə Azərbaycan dilindədir.

Azərbaycan bazarında "Sistem texnologiyaları" şirkətinin qərarları yerli tərəfdaş şirkət olan "Ultra" vasitəsilə irəliləyir. Onunla əməkdaşlıq fevralın 9-da informasiya texnologiyaları üzrə birinci Azərbaycan-Belarus biznes-forumu çərçivəsində imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti