...

Azərbaycanda 2011-2013-cü illər üçün regionlarda genişzolaqlı internetin inkişafı konsepsiyası hazırlanır

Telekommunikasiya Materials 2 Noyabr 2010 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi 2011-2013-cü illər üçün regionlarda genişzolaqlı internetin inkişafı konsepsiyasını hazırlayır. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən bildiriblər.

Yeni konsepsiya genişzolaqlı internetdən istifadə imkanını genişləndirmək və onları son istifadəçilər üçün daha əlverişli etməyə yönəlib.

Hazırda operatorun telekommunikasiya qovşaqlarında quraşdırılan DSLAM avadanlığının portallarının ümumi sayından (2464 ədəd) 2190 ədədi cəlb edilib.

İlin sonunadək "Aztelekom" Yardımlı, Lerik və Cəbrayıl rayonlarının telekommunikasiya qovşaqlarında DSLAM avadanlığının quraşdırılması üzrə işləri başa çatdıracaq.

Ağcabədi, Biləsuvar, Samux, Balakən, İsmayıllı, Zaqatala, Göyçay, Goranboy, Şəmkir, Xaçmaz və Beyləqan rayonlarının şəhər, qəsəbə və kəndlərində genişzolaqlı internetə qoşulmaq imkanının genişləndirilməsi də nəzərdə tutulub.

Son yarım ildə Azərbaycanda internet tarifləri orat hesabla səkkiz-doqquz dəfə azaldılıb. Hazırda ADSL xidmətinə 1 Mbit/s sürəti ilə qoşulma qiyməti 20 manat təşkil edir.

"AztelekomNet" dövlət internet provayderi yaxın vaxtlarda öz şəbəkə istifadəçiləri üçün yeni tarif planlarını təqdim etməyə hazırlaşır. Onlar istifadə üçün ödənişi həm trafik, həm də gecə vaxtlarında nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti