...

"Azerfon" yeni baş direktorun təyinatını elan edib

Telekommunikasiya Materials 11 Noyabr 2010 16:34 (UTC +04:00)
"Azerfon" MMC-nin yeni baş direktoru Yurgen Pitz olub. Bu barədə cümə axşamı şirkətin məlumatında dfeyilir.
"Azerfon" yeni baş direktorun təyinatını elan edib

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

"Azerfon" MMC-nin yeni baş direktoru Yurgen Pitz olub. Bu barədə cümə axşamı şirkətin məlumatında dfeyilir.

Uzun illər telekommunikasiya sahəsində çalışmış təcrübəli mütəxəssis olan Pitz Avstriyanın 3-cü mobil operatoru olan "Orange"ın rəhbəri və Almaniyanın "Nokia Networks" şirkətinin vitse prezidenti vəzifələrində çalışıb.

Pitz bir neçə Avropa və Afrika ölkələrinin mobil rabitə sektorunda rəhbər vəzifələrdə zəngin iş təcrübəsinə malikdir. O, 10 ildən artıqdır ki, telekommunikasiya bazarında çalışıb. İndiyədək Almaniyanın "Nokia" və Avstriyanın "Orange" şirkətlərinin rəhbərliyində olub və "Comium Mobile" şirkətlər qrupunun baş direktoru vəzifəsində çalışıb.

"Azerfon" şirkətinin yeni rəhbəri Pitz şirkətin inkişafında, müştərilərin tələblərinə uyğun olan məhsulların bazara çıxarılmasında və yüksək keyfiyyətli xidmətlər göstərilməsində mühüm rol oynayacaq. "Azerfon" MMC-nin yeni baş direktoru Yurgen Pitz yeni təyinatı haqqında danışıb: "Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Ölkədə İKT sektoru iqtisadiyyatın ən sürətlə inkişaf etdiyi ikinci sahədir. Belə inkişaf templərini nümayiş etdirən "Azerfon" MMC-nin də sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı var. "Azerfon" şirkətinin rəhbəri vəzifəsində çalışmağımdan çox məmnunam və mövcud bazarda ən yüksək keyfiyyətli və yeni məhsulları təqdim edərək şirkətin daha da inkişaf etməsi üçün əlimdən gələni əsirgəmiyəcəyəm. Bütün ölkə əhalisi üçün faydalı mobil xidmət və məhsullar təqdim etməklə biz abunəçilərin istək və tələblərinə uyğun strategiya ilə fəaliyyət göstərəcəyik".

"Azerfon" MMC-nin idarə heyətinin sədri Cüneyt Türktan şirkətin öz inkişaf yolunda quruculuq mərhələsinin müvəfəqqiyyətlə başa vurduğunu və hazırda təkmilləşdirilmiş şəbəkəyə malik olaraq müştəri bazasının artırılmasına çalışacağını qeyd edib.

"Keyfiyyətli 2G və 3G şəbəkəsinin yaradılması üçün şirkət böyük sərmayə yatırımları edib. 2011-ci il üçün qarşımıza qoyduğumuz məqsədlər üzərində daha da aqressiv çalışaraq biz abunəçilərimizə keyfiyyətli şəbəkə ilə yanaşı, Azərbaycanda məlumat ötürülməsi xidmətlərini də ən yüksək səviyyədə təqdim edəcəyik. Pitz kimi telekommunikasiya sahəsi peşəkarının "Azerfon" komandasında olması şirkətin Azərbaycan mobil rabitə bazarında lider mövqeyini tutmasında yardım edəcək", - Türktan deyib.

Xəbər lenti

Xəbər lenti