...

Azərbaycanın Rabitə Nazirliyi "İntersputnik" beynəlxalq təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir

Telekommunikasiya Materials 22 Noyabr 2010 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı (BKRT) ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına baxır. Bu barədə bazar ertəsi Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Azərbaycan "İntersputnik" sisteminə rəsmən 2004-cü ilin sonlarında qoşulub. Azərbaycan təşkilata üzv olmaqla onun bütün iclaslarında, eləcə də qərarların qəbul edilməsində iştirak edir. "İntersputnik" təşkilatına üzvlük Azərbaycana yerli televiziya və radio verilişlərini dünyanın müxtəlif regionlarında sərfəli şərtlərlə yayımlanması üçün kosmik rabitədən istifadəyə imkan verir.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyildiyi kimi, "İntersputnik" BKRT nümayəndələri BakuTel-2010 XVI beynəlxalq telekommunikasiya sərgisində iştirak edəcəklər.

Sərgi çərçivəsində Rusiyanın rabitə administrasiyası ilə "İntersputnik" BKRT arasında sazişin imzalanacağı gözlənilir. Saziş Rusiya tərəfinin Beynəlxalq Telekommunikasiya İttifaqındakı (ITU - International Telecommunication Union) "İntersputnik" BKRT peyk şəbəkəsinin tezliklərinin mənimsənilməsinə dair administrasiya tərəfindən bəyan edilən funksiyaların yerinə yetirilməsini nəzərdə tutur.

Rusiyanın nümayəndə heyətinə RF rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şeqolyov rəhbərlik edəcək. O, sərgi çərçivəsində Regional Rabitə Əməkdaşlığının (RRƏ) Rabitə administrasiyaları rəhbərləri Şurasının iclasını keçirəcək. İclasda RRƏ iştirakçısı olan ölkələrdə rəqəmli yayımın tətbiqinə dair məsələyə baxılacaq.

"İntersputnik" BKRT dünyada 25 ölkəni birləşdirən ilk peyk operatorlarından biridir. Təşkilatın əsas vəzifəsi rabitə operatorlarına, yayım şirkətlərinə və korporativ müştərilərə peyk tutumlarının icarəyə verməkdən, eləcə də "İntersputnik Holdinq" törəmə müəssisəsi vasitəsilə peyk rabitəsi şəbəkələrinin yaradılması və istismara verilməsi sahəsində kompleks xidmətlər göstərməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti