...

Azərbaycanda Kabel Operatorları Assosiasiyası yaradılıb

Telekommunikasiya Materials 29 Noyabr 2010 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycanda kabel televiziyası xidmətləri təqdim edən "AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) və "SN Telekom" (SNTV kabel televiziyasının təsisçisi) şirkəti Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) yaradıblar.

Yaradılan təşkilatın məqsədi ölkənin kabel televiziya operatorlarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycandakı telekommunikasiya bazarının bu seqmentinin iştirakçılarının fəaliyyətini tənzimləyən normativ aktların hazırlanmasında iştirak; ümumi problemlərin həllində iştirak; təcrübə mübadiləsi və başqalarından ibarətdir.

Təsis toplantısında KATV1 kabel televiziyasının prezidenti Samir Qurbanov assosiasiyanın rəhbəri seçilib.

AKOA digər ölkələrin analoji sttrukturları ilə əlaqələrin qurulması üçün addımlar da atır. Bu günlərdə Bakıda AKOA-nın təşkilatçılığı ilə beynəlxalq konfransın keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti