...

Nar Mobile yeni "Nar Dünyası" mərkəzlər şəbəkəsini təqdim edib

Telekommunikasiya Materials 2 Dekabr 2010 17:14 (UTC +04:00)
2010-cu il dekabrın 2-də Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" mərkəzlər şəbəkəsi abunəçilərə təqdim edilib.
Nar Mobile yeni "Nar Dünyası" mərkəzlər şəbəkəsini təqdim edib

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

2010-cu il dekabrın 2-də Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" mərkəzlər şəbəkəsi abunəçilərə təqdim edilib. "Nar Dünyası" mərkəzlər şəbəkəsi Bakı şəhərinin yenilənmiş Fəvvarələr meydanında yerləşir.

Açılış mərasimi zamanı çıxış edən Azerfon şirkətinin baş direktoru Yurgen Pits bildirib ki, Bakıda açılan yeni "Nar Dünyası" mərkəzlər şəbəkəsinin əsas konsepsiyası bir məkanda bir neçə xidməti təqdim edərək yüksək keyfiyyətli xidmət göstərməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni Nar 3G+ modemlər, telefon və ya nömrə ala biləcək. "Nar Dünyası" mərkəzlər şəbəkəsi abonentlərini sevindirərək, hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərmək niyyətindədir.

Açılış mərasimi zamanı "Nar Dünyası" mərkəzlər şəbəkəsində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış olublar.

Oktyabr ayından etibarən Nar Mobile abunəçiləri 3G texnologiyalarına əsaslanan Nar 3G+ modem vasitəsi ilə yüksəksürətli internetdən yararlanmaq, Mobil TV xidməti ilə telefonda televiziya verilişlərini canlı izləmək və videozənglə görüntülü zənglər etmək imkanlarını əldə ediblər.

Nar Mobile tərəfindən təqdim edilən yeni "Nar Dünyası" mərkəzlər şəbəkəsinin yaxın zamanlarda bölgələrdə açılışları həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti