...

Azərbaycan Kabel Operatorları Assosiasiyası MTRŞ ilə əməkdaşlıq edəcək

Telekommunikasiya Materials 3 Dekabr 2010 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əməkdaşlıq etmək niyyətindədir. Bu barədə cümə günü AKOA-nın prezidenti Samir Qurbanov deyib.

Onun sözlərinə görə, birgə iş kabel televiziyası sahəsində fəaliyyətlə bağlı bir sıra məsələləri həll etməyə imkan verəcək.

Qurbanovun fikrincə, həllini tapa biləcək problemlərdən biri də əhali ilə qarşılıqlı münasibətlərin tənzimlənməsidir. Belə ki, kabel şəbəkəsinin infastrukturu evlərin damları, keçidləri və onların üzərindən keçir.

"Kontentin yayımlanması ilə də bağlı bir sıra problemlər mövcuddur. Məlum olduğu kimi, biz bu gün 100-dən çox kanal yayımlayırıq. Onların arasında hüquqi razılaşmanın olmasını tələb edən təkrar yayımlanan kanallar da var", - Qurbanov qeyd edib.

Assosiasiya prezidentinin sözlərinə görə, bununla belə, mövcud problemlərə baxmayaraq, Azərbaycanda kabel televiziyası bazarı inkişaf edir.

Azərbaycanda kabel televiziyası xidmətləri təqdim edən "AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) və "SN Telekom" (SNTV kabel televiziyasının təsisçisi) şirkətləri Azərbaycan Kabel Operatorları Assosiasiyasını (AKOA) yaradıblar.

Yaradılan təşkilatın məqsədi ölkənin kabel televiziya operatorlarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycandakı telekommunikasiya bazarının bu seqmentinin iştirakçılarının fəaliyyətini tənzimləyən normativ aktların hazırlanmasında iştirak; ümumi problemlərin həllində iştirak; təcrübə mübadiləsi və b. ibarətdir.

Xəbər lenti

Xəbər lenti