...

"Azercell" telekommunikasiya sahəsində lider seçilib

Telekommunikasiya Materials 8 Dekabr 2010 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Biznes sahəsində "Azeri Business Award"  Milli mükafatın 2010-cu il üçün yekunları məlum olub. Bu ilin nəticələrinə görə "Azercell Telekom" MMC iki mükafata layiq görülüb.

"Azeri Business Award" Milli mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. "Business Time" jurnalının təsis etdiyi bu mükafat hər ilin yekunlarına görə milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Bu ilin nəticələrinə görə "Azercell" şirkəti "Telekommunikasiya sahəsinin lideri" nominasiyasında qalib seçilib. Şirkətin prezidenti Əli Ağan isə "İlin top meneceri" adına layiq görülüb.

Laureatların müəyyənləşdirilməsində əsas amil kimi namizədin biznesinin artım tempi götürülür. Mükafatın laureatları iki kateqoriya üzrə - fərdi və korporativ nominasiyalarda müəyyənləşdirilir. Bu il "Azercell" hər iki nominasiyada qalib çıxıb.

1996-cı ildən fəaliyyətə başlayan "Azercell" şirkəti hazırda ölkənin mobil rabitə bazarının 57 faizinə nəzarət edir. Abonentlərinin sayı 4 milyonu keçən şirkət bu illər ərzində ən son texnologiyalar, qlobal səviyyədə tanınmış istehsalçıların ən müasir avadanlıqlarını Azərbaycana gətirib. "Azercell" Azərbaycan bazarı üçün innovasiya xarakteri daşıyan yeni məhsul və xidmətlərin tətbiqini bu gün də davam etdirir. 23-26 noyabr 2010-cu il tarixlərində Bakıda keçirilən "BakuTel 2010" sərgisində "Azercell" mobil naviqasiya, RFID texnologiyası, LBS əsasında dostların yerinin müəyyən edilməsi üçün lokator və s. bu kimi xidmətlərin təqdimatını keçirib.

"Azercell" şirkətinin prezidenti Əli Ağanın rəhbərliyi dövründə şirkət uğurlu inkişaf yolunda olub. Ağanın rəhbərliyi ilə "Azercell Telekom"un fəaliyyətində əsas diqqət insan qaynaqları, ictimaiyyətlə əlaqələrin düzgün qurulmasına yönəldilib. Bu səbəbdəndir ki, "Azercell" il ərzində bir neçə nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Şirkət "PR People Awards" müsabiqəsinin qalibi olub. Bu ilin aprel ayında Avropa Biznes Assambleyası tərəfindən Əli Ağan "İlin meneceri" adına layiq görülüb.

"Azercell" yeni texnologiyaların tətbiqi ilə yanaşı, müştərilərin ehtiyac və istəklərinə görə xidmət, tarif və məhsulların yaradılması istiqamətində işləri bundan sonra da gücləndirəcək. Şirkətimiz korporativ sosial məsuliyyət layihələri vasitəsilə Azərbaycanın ictimai həyatında da fəal iştirak edəcək və Azərbaycanın xaricdə təşviqinə yönələn fəaliyyətini davam etdirəcək", - mükafatları qəbul elan "Azercell Telekom" prezidentinin müşaviri Vahid Mürsəliyev deyib.

Xəbər lenti

Xəbər lenti