Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir H.Vəliyev/
"Microsoft" və HP-nin yerli nümayəndəlikləri Bakıda yüksəktexnologiyalı məhsulların və proqram təminatının satışı üzrə treninqlər təşkil ediblər. Bu barədə "Microsoft"un çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Treninqlər HP məhsullarının "Microsoft"un instalyasiyadan qabaq əməliyyat sistemləri ilə satışının artırılması üzrə bacarıq və üsulların öyrədilməsini nəzərdə tutur.
Treninq çərçivəsində "Kompüter texnikasının, ev və korporativ müştəri üçün lisenziyanın satışı metodologiyası", "Lisenziyalaşdırılmış proqram təminatının dəyəri", "HP noutbuklarının təsviri və hər bir modelin göstərilməsi", "Pərakəndə alıcıya satış bacarığının yenidən hazırlanması" və "Korporativ müştərilərə satış yenidən hazırlanması" kimi mövzular müzakirə edilir.
Kursu bitirən dinləyicilər HP məhsullarının "Microsoft"un OEM lisenziyası ilə satış həcminin artırılması üçün lazımi bacarıqlar qazanacaqlar.
Treninqlərdə satış üzrə menecerlər, müştərilərlə iş üzrə menecerlər, məsləhətçilər, marketinq mütəxəssisləri, eləcə də "Microsoft"un satışı ilə bağlı digər əməkdaşlar iştirak edirlər. Treninqlər dekabrın 15-dək davam edəcək.