...

Azərbaycan Rabitə Nazirliyi 568/569 saylı ATS-lərin ərazisində yanğının nəticələrini aradan qaldırıb

Telekommunikasiya Materials 30 Dekabr 2010 11:32 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dekabrın 23-də 568/569 saylı ATS-lərin ərazisində kabel-kanalizasiya sistemində baş verən yanğının nəticələrinin aradan qaldırılması üzrə işləri başa çatdırıb.
Azərbaycan Rabitə Nazirliyi 568/569 saylı ATS-lərin ərazisində yanğının nəticələrini aradan qaldırıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dekabrın 23-də 568/569 saylı ATS-lərin ərazisində kabel-kanalizasiya sistemində baş verən yanğının nəticələrinin aradan qaldırılması üzrə işləri başa çatdırıb. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Yanğın nəticəsində 18 fiziki kabelin, 13 ədəd stansiyalararası kabelin işi tam iflic olmuşdu, bu isə 12 mindən çox abonenti telefon rabitəsindən məhrum edib.

Bir müddət əvvəl Trend-ə nazirliyin mətbuat katibi Müşfiq Əmirovun dediyinə görə, yanğın qaz sızması nəticəsində baş verib və dəymiş ziyan təxminən bir milyon manat qiymətləndirilir.

Faktla bağlı, dəymiş ziyana görə nazirlik tərəfindən akt və "Azəriqaz" İstehsalat Birliyinə müraciət tərtib edilib.

Xəbər lenti

Xəbər lenti