...

"BakuTel-2011" "ITE Group Plc" telekommunikasiya sərgilərinin miqyaslı rebrendinqinin bir hissəsi olub

Telekommunikasiya Materials 10 Yanvar 2011 17:22 (UTC +04:00)
"BakuTel-2011" 17-ci Beynəlxalq telekommunikasiya sərgisi noyabrın 22-25-də keçiriləcək.
"BakuTel-2011" "ITE Group Plc" telekommunikasiya sərgilərinin miqyaslı rebrendinqinin bir hissəsi olub

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir H.Vəliyev/

"BakuTel-2011" 17-ci Beynəlxalq telekommunikasiya sərgisi noyabrın 22-25-də keçiriləcək. Bu barədə sərgi təşkilatçısı "Iteca Caspian" şirkətinin məlumatında deyilir.

Bu il sərgi onu ziyarət edənlərin qarşısna yenilənmiş korporativ loqotiplə çıxacaq. Bu, "ITE Group Plc" şirkətinin müxtəlif ölkələrdə telekommunikasiya sərgilərinin miqyaslı rebrendinqinin bir hissəsi olub.

İlk dəfə olaraq yeni loqotip payızda "BakuTel-2010" çərçivəsində təqdim edilib. Yeni stil layihənin innovasiyalığını və dinamikliyini təcəssüm etdirməlidir.

"BakuTel-2011" sərgisi "Bakı Ekspo-Mərkəzi"ndə keçiriləcək. Aparıcı beynəlxalq və yerli şirkətlər dörd gün ərzində ziyarətə gələnlərin diqqətinə aşağıdakı sahələrdə nailiyyətləri çatdıracaqlar:

Telekommunikasiyalar və şəbəkə, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, avadanlıq və teleradio yayımları texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemi, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətlər.

Sərginin ayrılmaz hissəsi geniş işgüzar ünsiyyəti, forum, seminar və təqdimatların keçirilməsini nəzərdə tutan geniş işgüzar proqramdır. Konfransın işində sahə nazirliklərinin nümayəndələri, xarici qonaqlar və ekspertlər iştirak edəcəklər. Konfransda məruzə ilə təcrübələrini bölüşəcək və gələcək layihələr barədə danışacaq aparıcı beynəlxalq və yerli təşkilatların mütəxəssisləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti