...

Azərbaycan Ədliyyə Nazirliyi kompüter avadanlığının alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 12 Yanvar 2011 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Ədliyyə Nazirliyi kompüter avadanlığının alınması üzrə tender elan edib. Bu barədə çərşənbə günü yayılan nazirliyin tender komissiyasının məlumatında deyilir.

Tender yeddi lot üzrə keçirilir. Beşinci və altıncı lot struktur bölmələri və rayon (şəhər) məhkəmələri üçün kompüter avadanlıqlarının alınmasını nəzərdə tutur.

Beşinci lotda iştirakın dəyəri 400 manat, altıncıda 250 manat təşkil edir.

İştirakçıların tender sənədləri martın 4-ü saat 17:00-dək qəbul olunur. Namizədlərin tender təklifləri martın 9-u saat 17:00-dək təqdim olunmalıdır.

Tender təkliflərinə martın 15-i saat 11:00-da nazirliyin binasında baxılacaq.

Daha ətraflı məlumat almaq üçün əlaqə telefonu: 492-62-35. Əlaqələndirici şəxs - Sevda Eyvazova.

Xəbər lenti

Xəbər lenti