...

Azərbaycanda İnternet-trafikin həcmi iki dəfədən çox artıb

Telekommunikasiya Materials 14 Yanvar 2011 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir H.Vəliyev/

2009-cu ildən Azərbaycanda İnternet-trafikin həcmi 15 Qbit/saniyədən 40 Qbit/saniyəyədək artıb. Bu barədə cümə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin sonlarına Azərbaycanda İnternetin yayılma səviyyəsi 45 faizə çatıb. Qlobal şəbəkə istifadəçilərinin ümumi sayının 12 faizini genişzolaqlı İnternet istifadəçiləri təşkil edir.

"Bu gün İnternet bazarının inkişafında əsas aspekt əhali arasında kompüterlərin geniş yayılmasıdır. Bu sahədə Azərbaycanda "Xalq kompüteri" layihəsi reallaşdırılır. Həmin layihə çərçivəsində bu gün artıq 10 min ədəd texnika satılıb", - Vəlizadə bildirib.

Vəlizadənin sözlərinə görə, İnternet xidmətləri tariflərinə gəldikdə, onlar regionda ən əlverişli tariflərdən  biridir.

Xəbər lenti

Xəbər lenti