...

Azərbaycan Avrasiya Kabel Televiziyaları Assosiasiyasına qoşulub

Telekommunikasiya Materials 4 Fevral 2011 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Avrasiya Kabel Televiziyası Assosiasiyasının (AKTA) yaradılması haqqında saziş imzalayıb. Onun üzvləri on iki ölkədə 40 milyondan artıq abonentə xidmət göstərəcəklər. Bu barədə Rusiya Kabel Televiziyası Assosiasiyasının məlumatında deyilir.

İmzalanma fevralın 1-3-də Moskvada keçirilən "CSTB 2011" teleyayım sahəsində sərgi və konfrans çərçivəsində keçirilib.

Sazişi Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Latviya, Litva, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Polşa və Estoniya imzalayıb.

Avrasiya Kabel Televiziyaları Assosiasiyasının (AKTA) yaradılmasına dair niyyət protokolu dekabrın 3-də Bakıda imzalanıb.

AKTA-nın yaradılmasında əsas məqsəd texnologiyalar sahəsində təcrübə mübadiləsi, biznesin inkişafı və AKTA üzvlərinin xidmətlərindən istifadə edən abonentlərin tələbatının təmin edilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsidir.

AKTA Avropa və Şimali Amerikadakı analoji birliklərdən sonra abonentlərinin sayına görə dünyada üçüncü təşkilatdır.

Çin, Cənubi Koreya və digər ölkələrdəki birliklər də AKTA-ya daxil olmağa maraq göstəriblər.

Xəbər lenti

Xəbər lenti