...

2010-cu ildə Azərbaycanın "Azercell" mobil rabitə operatorunun investisiya həcmi 100 milyon dolları ötüb

Telekommunikasiya Materials 9 Fevral 2011 13:22 (UTC +04:00)
2010-cu ilin yekunlarına görə, Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC-nin investisiya həcmi 108,2 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında şirkətin Korporativ əlaqələr və sosial məsuliyyət şöbəsinin müdiri Ülviyyə Həsənzadə deyib.
2010-cu ildə Azərbaycanın "Azercell" mobil rabitə operatorunun investisiya həcmi 100 milyon dolları ötüb

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir H.Vəliyev/

2010-cu ilin yekunlarına görə, Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC-nin investisiya həcmi 108,2 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında şirkətin Korporativ əlaqələr və sosial məsuliyyət şöbəsinin müdiri Ülviyyə Həsənzadə deyib.

Onun sözlərinə görə, 14 il ərzində Azərbaycanda investisiyaların ümumi həcmi bir milyard dollara yaxın təşkil edib.

Ötən ilin yekunlarına görə, şirkət tərəfindən ölkə büdcəsinə 114,6 milyon dollar həcmində vergi verilib. 14 il ərzində məbləğ 868,2 milyon dollara çatıb.

Sosial layihələrdə şirkətin investisiyalarının həcmi təxminən 1,4 milyon dollar təşkil edib. Şirkətin 14 illlik fəaliyyəti dövründə bu məbləğ 14,7 milyon dollara çatıb.

Bu gün "Azercell" Azərbaycanın mobil rabitə bazarının 54,6 faizini tutur. Operatorun şəbəkəsinin əhatə dairəsi 80 faiz təşkil edir. 2010-cu ilin yekunlarına görə, abunəçilərin sayı 4,2 milyon olub. Şirkətin abunəçi bazası son ildə 300 min abunəçi artıb.

Ötən il şirkət tərəfindən 170 baza stansiyası quraşdırılıb və onların ümumi sayı 1794-ə çatıb.

Operatorun rouminq-tərəfdaşlarının sayı 406-ya bərabər olub.

Xəbər lenti

Xəbər lenti