Azərbaycan, Bakı, 28 fevral /Trend/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Kürdəmir Mərkəzi Kitabxanasının elektron resursunun (http://www.kurdemir-mks.az) yaradılması üzrə işləri başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Hazırda nazirlik tərəfindən kitabxana informasiya sisteminin avtomatlaşdırılması və regional kitabxanaların elektron resurslarının yaradılması üzrə layihələr həyata keçirilir. İnternet-resursların yaradılması üzrə işlər Xaçmaz, Bərdə, Quba, Beyləqan, Ağdaş, Neftçala, Gəncə, Mingəçevir və Zərdabın mərkəzi kitabxanalarında artıq başa çatıb.
İşlər Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il oktyabrın 6-da təsdiq etdiyi "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı Dövlət Proqramı" çərçivəsində aparılır.