...

Azərbaycan bankı özünün əsas biznes proseslərini avtomatlaşdırıb

Telekommunikasiya Materials 4 Mart 2011 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti "Ultra" "Bank Standard"da "ST.BANK.İT" bank sisteminin inteqrasiyası üzrə işləri başa çatdırıb. Bu barədə Trend-ə cümə günü şirkətdən bildiriblər.

Hazırda sistem inteqrasiya edilib və "Unibank" və "Express Bank"da istifadə olunur.

"ST.BANK.İT" sistemini Belarusun "Sistem texnologiyaları" şirkəti hazırlayıb.

İnteqrasiya edilmiş "ST.BANK.İT" sistemi modul prinsipi üzrə yaradılan altsistemlərdən ibarətdir; bu, iri çoxfiliallı bankın əsas biznes proseslərinin avtomatlaşdırılmasına olan tələbatı əhəmiyyətli dərəcədə təmin edir. Altsistemin məlumatları bunlardır: "Elektron bank", "MultiChannel", "Pərakəndə biznes", "Nağd əməliyyatlar", "Korporativ biznes", "Xəzinədarlıq", "Kreditli sənəd dövriyyəsi", CRM və s.

Proqram qərarları respublikanın qüvvədə olan qanunvericiliyinə uyğunlaşdırılıb və sistemin interfeysi tamamilə Azərbaycan dilindədir.

Azərbaycan bazarında "Sistem texnologiyaları" şirkətinin qərarları yerli tərəfdaş şirkət olan "Ultra" vasitəsilə yerinə yetirilir. Onunla əməkdaşlıq fevralın 9-da informasiya texnologiyaları üzrə birinci Azərbaycan-Belarus biznes-forumu çərçivəsində imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti