...

Azərbaycanın ilkin provayderinin xəttinin buraxılış qabiliyyəti 1,6 Tbit/saniyəyə çatıb

Telekommunikasiya Materials 15 Mart 2011 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilkin provayderi "Delta Telekom"un magistral xəttinin buraxılış qabiliyyəti 1,6 Tbit/saniyəyə çatıb. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətin texniki direktoru Rahid Ələkbərli deyib.

Ələkbərlinin sözlərinə görə, yaxın illər üçün internet-platformanın buraxılış qabiliyyəti həm Azərbaycan seqmentini, həm də internet tutumunun nəql edildiyi ölkələri qane edəcək. "Delta Telekom"un internet magistarlı təkcə AzNET seqmentinin ehtiyacları üçün cəlb edilməyib. Şirkətin infrastukturu vasitəsilə trafikin tranziti İran, İraq, Gürcüstan və b. ölkələrə həyata keçirilir.

"Biz böyük tutumların nəqlində maraqlıyıq. Platformanın davamlılığı üçün saytlar yaradılıb. Bizim magistral Telia Sonera, GLOBEINTERNET (TATA Communications) və Level 3 Communications kimi iri operatorların "Tier1" səviyyəli şəbəkələri ilə bağlıdır. ABŞ və Avropanın internet resurslarından birbaşa istifadə üçün bizim infrastruktur Stokholm, London və Frankfurtda yerləşən bu operatorların iri mübadilə məntəqələrinin şəbəkə infrastukturları ilə kəsişib. Məhz bunun hesabına ölkəyə böyük həcmdə trafik daxil olur", - Ələkbərli bildirib.

2010-cu ilin yekunları üzrə operatorun magistral xəttində xidmətlərin sabitliyi 99,9 faizə çatıb.

"Delta Telecom"un texniki direktorunun sözlərinə görə, rusdilli kontentə və internet resurslara daha yaxın olmaq üçün şirkət Rusiyanın iri operatorları - "Rostelekom" və "Transtelekom"la qovuşuqları inkişaf etdirir. Türkiyənin "Türktelekom" şirkəti ilə sıx əməkdaşlıq hesabına türk dilində olan internet-resurslardan istifadə etmək üçün əlverişli şərat yaranır.

Xəbər lenti

Xəbər lenti