...

"Nar Mobile" Bakıda növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini açıb (FOTO)

Telekommunikasiya Materials 15 Mart 2011 16:27 (UTC +04:00)
Çərşənbə axşamı Bakı şəhərində (Təbriz küçəsi, 95 ünvanında "N.Nərimanov" metrostansiyası yaxınlığında) "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.
"Nar Mobile" Bakıda növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini açıb (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Çərşənbə axşamı Bakı şəhərində (Təbriz küçəsi, 95 ünvanında "N.Nərimanov" metrostansiyası yaxınlığında) "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.

Mərkəzin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksəkkeyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış olublar.

"Nar Mobile" tərəfindən təqdim edilən yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri hazırda Bakı şəhəri, Gəncə, Tovuz və Salyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılışları həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti