...

Bakcell "Poz və Qazan" lotereyasının qalibinə BMW i320 avtomobilini təqdim edib

Telekommunikasiya Materials 15 Mart 2011 18:15 (UTC +04:00)
Azərbaycanda ilk mobil operatoru olan Bakcell şirkəti martın 15-də "Poz və Qazan" lotereyasının qalibi Vüsal Əzizova BMW i320 avtomobilini təqdim etmək üçün təntənəli mərasim təşkil edib.
Bakcell "Poz və Qazan" lotereyasının qalibinə BMW i320 avtomobilini təqdim edib

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycanda ilk mobil operatoru olan Bakcell şirkəti martın 15-də "Poz və Qazan" lotereyasının qalibi Vüsal Əzizova BMW i320 avtomobilini təqdim etmək üçün təntənəli mərasim təşkil edib.

"Improtex Motors" şirkətinin ofisində keçirilən mərasim zamanı Bakcell şirkətinin baş kommersiya direktoru Krasimir Genov BMW avtomobilinin sahibi Vüsal Əzizova simvolik maşın açarı təqdim edib.

22 yaşlı tələbə Vüsal Əzizov Bakcell şirkətinə təşəkkür edib və BMW avtomobilinin xoşbəxt sahibi olmasına şad olduğunu bildirib: "Mən sadəcə balansımı artırmaq üçün bir neçə kontur kartı almışdım. Onların birində əsas hədiyyənin - avtomobilin olduğunu görəndə, gözlərimə inanmadım. Bakcell-in Müştəri Xidmətləri Mərkəzində kartları yoxlatdırdım və məlum oldu ki, mən həqiqətən qalib gəlmişəm. Bu qədər bəxtəvər olub əsas hədiyyəni qazanmağıma heç inanmırdım. Mən ən şanslı Bakcell abunəçisi kimi avtomobil qazanmağıma görə çox şadam".

Bakcell şirkətinin baş kommersiya direktoru Genov bəxtəvər qalibi təbrik edərək ona yeni avtomobildə xoş və təhlükəsiz səyahətlər arzulayıb: "Bu cür kampaniyalar vasitəsilə biz abunəçilərimizə bəxtlərini sınayıb Bakcell-dən qiymətli hədiyyələr qazanmaq imkanını yaratmaq istəyirik".

"Poz və Qazan" lotereyası 25 dekabr 2010-cu il tarixdən 21 yanvar 2011-ci il tarixə qədər keçirilib. Lotereyada iştirak etmək üçün CİN abunəçiləri 4 ədəd 1 AZN, 2 AZN və 6 AZN-lik kartı toplayıb müxtəlif hədiyyələri və əsas priz - BMW i320 avtomobilini qazanmaq üçün təsvirli tapmacanı tapmalı idilər. Lotereya ərzində Bakcell abunəçiləri 60 ədəd netbuk, 90 ədəd Nokia 5130 telefonu, 150 ədəd Nokia 2330 telefonu, 130 ədəd USB modemi, çoxsaylı 1 və 2 AZN dəyərində kontur katrları daxil olmaqla, minlərlə müxtəlif hədiyyələrə sahib olublar.

Xəbər lenti

Xəbər lenti