...

Avropanın telekommunikasiya operatoru Azərbaycanda biznesin genişləndirilməsi imkanlarını müzakirə edir

Telekommunikasiya Materials 17 Mart 2011 16:46 (UTC +04:00)
Avropanın aparıcı telekommunikasiya operatoru TELE2 Azərbaycanda biznesin coğrafiyasının genişləndirilməsi imkanlarını müzakirə edir.
Avropanın telekommunikasiya operatoru Azərbaycanda biznesin genişləndirilməsi imkanlarını müzakirə edir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/

Avropanın aparıcı telekommunikasiya operatoru TELE2 Azərbaycanda biznesin coğrafiyasının genişləndirilməsi imkanlarını müzakirə edir. Bu barədə cümə axşamı şirkətin məlumatında deyilir.

Biznesin coğrafiyasının genişləndiirlməsi planlarına Gürcüstan, Ukrayna, Sloveniya, Çexiya və Albaniya da daxildir. Şirkət Rusiya ərazisindəki mövcud biznesi də genişləndirmək niyyətindədir.

TELE 2 adıçəkilən ölkələrin bazarlarına çıxmaq üçün kredit borcunun aşağı səviyyəsi ilə öz maliyyə imkanlarını cəlb etməyi planlaşdırır. Şirkət diqqətini ucuz müəssisələrə yönəldərək lisenziya və ya şirkətin alınmasına hədəflənib.

Xəbər lenti

Xəbər lenti