...

Azərbaycanda proqram təminatı sahəsində piratlığın səviyyəsinin azalmasının orta illik tempi iki faiz təşkil edir - Microsoft

Telekommunikasiya Materials 30 Mart 2011 13:43 (UTC +04:00)
Azərbaycanda proqram təminatı sahəsində piratlığın səviyyəsinin azalmasının orta illik tempi iki faiz təşkil edir və IDC tədqiqat şirkətinin son hesabatına görə, 2010-cu ildə ölkədə bu sahədə piratlığın səviyyəsi 88 faiz təşkil edib.
Azərbaycanda proqram təminatı sahəsində piratlığın səviyyəsinin azalmasının orta illik tempi iki faiz təşkil edir - Microsoft

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir H.Vəliyev

Azərbaycanda proqram təminatı sahəsində piratlığın səviyyəsinin azalmasının orta illik tempi iki faiz təşkil edir və IDC tədqiqat şirkətinin son hesabatına görə, 2010-cu ildə ölkədə bu sahədə piratlığın səviyyəsi 88 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Microsoft Azerbaijan" şirkətinin korporativ rəhbəri Eldar Cahangirov bildirib.

Cahangirovun sözlərinə görə, IDC-in növbəti hesabatı yazın sonlarına gözlənilir.

"Bu gün Azərbaycan bazarında leqal proqram təminatlarından istifadənin üstünlükləri haqında müsbət fikir formalaşır. Dövlət və özəl strukturlar tədricən öz kompyuter parklarını korporativ lisenziyalaşdırma üzrə saziş əsasında leqal PT-yə keçirirlər", - o deyib.

Cahangirovun sözlərinə görə, korporativ lisenziyalaşdırma təkcə şirkət və müəssislər üçün deyil, həm də bəzi istifadəçilər üçün də bir sıra üstünlüklərə malikdir. Misal üçün, korporativ lisenziyalaşdırmanın tətbiq olunduğu şirkətlərin əməkdaşları ev şəraitində də leqal softlardan tamhüquqlu şəkildə istifadə edə bilərlər.

Pulla əldə etməyin mümkün olduğu bilavasitə pirat məhsullara gəldikdə, bu tendensiya tədricən ikinci plana keçir. Bu gün İnternet vasitəsilə qeyri-leqal softun yüklənməsi populyarlıq qazanır.

IDC-in məlumatına görə, Windows 7-in qeyri-leqal distributivlərinin 32 faizi gizli şifrələrdən ibarətdir ki, bu da cinayətkara istifadəçinin şəxsi məlumatlarından istifadə etməyə imkan verir.

Hər il cinayətkarlar ABŞ banklarından 70 milyon dollar oğurlayırlar.

Cahangirov deyib ki, viruslara gəldikdə, yenə IDC-in məlumatlarına əsaslanaraq, hər gün 10 min yeni virusun meydana çıxdığını söyləmək olar.

Xəbər lenti

Xəbər lenti