...

"Azərkosmos" mütəxəssislərin işə qəbulunu elan edir

Telekommunikasiya Materials 4 Aprel 2011 14:29 (UTC +04:00)
Azərbaycanın milli peyk rabitəsi operatoru "Azərkosmos" MMC mütəxəssislərin işə qəbulunu elan edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi MMC-nin məlumatında deyilir.
"Azərkosmos" mütəxəssislərin işə qəbulunu elan edir

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycanın milli peyk rabitəsi operatoru "Azərkosmos" MMC mütəxəssislərin işə qəbulunu elan edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi MMC-nin məlumatında deyilir.

Yığım aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

- peyk texnologiyası üzrə mühəndis (ref. number: AZK-001/2011);

- peykin orbitdə hərəkətinin təhlili üzrə mühəndis (ref. number: AZK-002/2011);

- peykin idarə edilməsi və nəzarəti üzrə mühəndis (ref. number: AZK-003/2011);

- yerüstü idarəetmə kompleksi avadanlığı üzrə mühəndis (ref. number: AZK-004/2011);

- kompüter texnologiyaları üzrə mütəxəssis (ref. number: AZK-005/2011), (Linux/Unix əməliyyat sistemlərinin irəliləmiş istifadəçisi səviyyəsində bilik).

Namizədlərə aşağıdakı tələblər irəli sürülüb:

- informasiya texnologiyaları, kommunikasiya və ya aviasiya texnologiyaları sahəsində ali təhsil,

- tətbiqi riyaziyyat, tətbiqi fizika, kosmos texnikası və kosmik texnologiyalar sahəsində, eləcə də səma mexanikası, ballistika və hidroaerodinamika ixtisasları üzrə ali təhsil,

- İKT sahəsində azı 3-5 il iş təcrübəsi (ixtisaslar: radiotezliklər, telekommunikasiya və peyk sistemləri və transmissiyaların avadanlıqlaşdırılması - modemlər, ötürücülər, up/down konvertasiyaları, marşrutizatorlar, anten və baza sistemləri, telekommunikasiyada istifadə olunan standart və protokollar),

- ingilis və rus dillərini əla bilmək,

- texniki sənədlər və sxemlərlə işləmək bacarığı,

- kompüter və ofis proqramlarını bilmək (Microsoft Office: Word, Excel etc.),

- komandada işləmək bacarığı.

"Azərkosmos" MMC-nin əməkdaşlarına aşağıdakı üstünlüklər veriləcək:

- müvafiq əməkhaqqı,

- Xaricdə və Azərbaycanda mütəmadi peşə treninqləri vasitəsilə ixtisasın artırılması imkanı,

- Fərdi karyera artımı və təşkilat daxilində irəliləmə üçün əla şərait.

Üstünlük 25-35 yaş arasında olan namizədlərə verilir (hərbi biletin olması şərtilə).

Maraqlanan şəxslər CV-ni (yaxşı olar fotoşəkillə) elektron ünvanına [email protected] ref. number qeydi ilə hər vakansiya üzrə aprelin 15-dən gec olmamaqla göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti