...

Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində yaranan problemlər günün sonunadək aradan qaldırılacaq

Telekommunikasiya Materials 15 Aprel 2011 13:59 (UTC +04:00)
Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində yenidən fasilələr yaranır. Bu barədə cümə günü Trend-ə şirkətdən bildirilib.
Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində yaranan problemlər günün sonunadək aradan qaldırılacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində yenidən fasilələr yaranır. Bu barədə cümə günü Trend-ə şirkətdən bildirilib.

Məlumata əsasən, hazırda təşkilatın mütəxəssisləri qüsurların aradan qaldırılması ilə məşğuldurlar. İşlərin xeyli hissəsi artıq başa çatıb və şirkət şəbəkənin işinin günün sonunadək tam bərpa ediləcəyinə söz verir.

Fasilələrin yaranmasına səbəb abonentləri zəng etmək və zəngləri qəbul etmək imkanlarından məhrum edən aparatdakı nöqsan olub.

Aprelin əvvəlində CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq CDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi - 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb.

Hazırda operatorun şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır, bunun təxminən 60 mini CDMA simsiz rabitə abonentləridir.

Xəbər lenti

Xəbər lenti