Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Vəliyev/
Bakıda "BlueCoat" şirkəti və "Kasperski Laboratoriyası" informasiya təhlükəsizliyinin kompleks həllər sistemini təqdim ediblər.
Vendorların həllərin təqdimatı mərasimi "Headtechnologu Azerbaijan" şirkətinin təşəbbüsü ilə "Korporativ təhlükəsizliyin yeni səviyyəsi: "BlueCoat" şirkəti və "Kasperski Laboratoriyası" inteqrasiyası" mövzusunda keçirilən ixtisaslaşdırılmış seminar çərçivəsində baş tutub.
Belə ki, Veb-təhlükəsizliyi üzrə həll, müasir proksi-serverlərə tələblər, "BlueCoat" və "Kasperski Laboratoriyası"nın məhsullarının inteqrasiyası məsələləri, eləcə də 2011-ci ilin trendləri nəzərə alınmaqla əsas informasiya təhlükəsizliyi problemlərinin icmalı təqdim olunub.
"BlueCoat" və "Kasperski Laboratoriyası"nın mütəxəssisləri proksi-serverlərə tələblərin təkamülü, korporativ Veb-təhlükəsizliyi, İnternetə çıxış siyasətlərinin tətbiqi, Veb-filtrasiyalar və trafikin məzmununun analizi, trafiklər üzərində nəzarət, şəbəkə əlavələrinin işinin sürətləndirilməsi, axın media-kontenti və DLP poçtlar haqqında danışıblar.
Habelə Azərbaycanın informasiya təhlükəsizliyi bazarının yenilikləri təqdim olunub.