...

Azərbaycanın rabitə operatoru Bakcell yayda 3G-ni tətbiq etmək niyyətindədir

Telekommunikasiya Materials 5 May 2011 12:51 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru Bakcell yayda 3G şəbəkəsini istifadəyə verəcək. Bu barədə cümə axşamı Bakcell-in baş kommersiya direktoru Krasimir Genov bildirib.
Azərbaycanın rabitə operatoru Bakcell yayda 3G-ni tətbiq etmək niyyətindədir

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru Bakcell yayda 3G şəbəkəsini istifadəyə verəcək. Bu barədə cümə axşamı Bakcell-in baş kommersiya direktoru Krasimir Genov bildirib.

Genovun sözlərinə görə, şirkət üçüncü nəsil standartında rabitə xidmtlərinin tətbiqi üçün bütün lazımi sənədləri Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib.

"Bu standartda rabitə xidmətlərinin göstərilməsi üçün lazım olan bütün maliyyə və marketinq alətlərimiz var", - Genov bildirib.

Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru - Azercell, Bakcell və Azerfon fəaliyyət göstərir. Sonuncu şirkət artıq 3G xidmətinin göstərilməsinə lisenziya alıb. Bakcell və Azercell də artıq Rabitə Nazirliyinə müvafiq sənədin alınması üçün müraciət edib. Bununla yanaşı, nazirlikdən deyildiyi kimi, operatorların təqdim etdikləri sənədlər tam deyil, bununla əlaqədar lisenziyanın verilməsi prosesi ləngiyir.

Xəbər lenti

Xəbər lenti