...

Nokia Azərbaycanda "Ovi Store" servisini işə salır

Telekommunikasiya Materials 10 May 2011 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir H.Vəliyev/

"Nokia" şirkəti "Ovi" servislərinin Azərbaycan dilinə lokallaşdırılmasını başa çatdırır. Bu barədə Trend-ə çərşənbə axşamı "Mobitel" şirkətinin (Nokia-nın Azərbaycandakı rəsmi distribüteri) brend meneceri Rəşad Nəzərli deyib.

Nəzərlinin sözlərinə görə, söhbət iki lokallaşdırılmış məhsul - "Ovi Store" və "Ovi Maps"dan gedir.

"Ovi Store" servisindən artıq iyunda istifadə etmək mümkün olacaq. Kartoqrafik servis "Ovi Maps"a gəldikdə, bu istiqamətdə fəaliyyət davam edir və servisin işə başlama müddəti hələ ki göstərilmir", - Nəzərli bildirib.

"Ovi Store"un oyunlar, audio və videofaylların "onlayn əlavələr" mağazası Nokia mobil telefonları üçün xüsusi olaraq hazırlanıb.

Azərbaycanda servis işə salındıqdan sonra "onlayn-mağaza"nın istifadəçilərinə "Ovi Store"a qoşulduqları zaman avtomatik lokollaşdırılmış versiya təqdim ediləcək.

Azərbaycan bazarında bir neçə dəqiqə ərzində saytın və ya bloqun RSS axınını əlavəyə çevirməyə və onu "Ovi" mağazasında yerləşdirməyə imkan verən "Ovi App Wizard"ın lokallaşdırılmış versiyasının da təqdim olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti