...

Azərbaycanda 3G şəbəkəsində məlumatların ötürülməsinin orta sürəti saniyədə 1,7 mbit-ə bərabərdir

Telekommunikasiya Materials 14 İyun 2011 13:07 (UTC +04:00)
Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Trend-in məlumatına görə, bu, Simsiz Texnologiyalar Assosiasiyasının (STA) apardıgı monitorinqin nəticəsində məlum olub. Monitorinq datakartlar vasitəsilə aparılıb.
Azərbaycanda 3G şəbəkəsində məlumatların ötürülməsinin orta sürəti saniyədə 1,7 mbit-ə bərabərdir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Trend-in məlumatına görə, bu, Simsiz Texnologiyalar Assosiasiyasının (STA) apardıgı monitorinqin nəticəsində məlum olub. Monitorinq datakartlar vasitəsilə aparılıb.

Araşdırma Böyük Britaniyada 3G texnologiyası əsasında xidmət göstərən "3" , "Orange" , "O2" , "Vodafone" və "T-Mobile" mobil operatorlarını əhatə edib.

Böyük Britaniyanın "Ofcom" təşkilatı tərəfindən aparılmış tədqiqata görə, həmin ölkədə genişzolaqlı internetin orta sürəti 1,5 mbit/s, ən yaxşı əhatə dairəsində isə 2,1 mbit/s olub.

Azərbaycanda mobil genişzolaqlı internetin orta sürəti 1,7 mbit/s təşkil edir. Ən yüksək sürət Bakı şəhərinin mərkəzində müşahidə olunub. M.Əzizbəyov heykəli, "Elmlər Akademiyası", "Gənclik", "İçəri şəhər" metro stansiyaları, habelə Milli Məclisin binasının ətrafında orta sürət 3,0 mbit/s-dir. Yeni Yasamal yaşayış massivində, "Nəriman Nərimanov", "Xətai" metro stansiyaları ətrafında 2 mbit/s, Abşeron yarımadasında, əlxüsus Mərdəkan, Novxanı, Buzovna, Bilgəh, Şüvəlan, Zirə qəsəbələrində və dənizkənarı digər zonalarda genişzolaqlı internet baglantısının sürəti 1,5-2,5 mbit/s olub.

Xəbər lenti

Xəbər lenti