...

Bakcell tələbələr üçün Yay Təcrübə Proqramını elan edir

Telekommunikasiya Materials 14 İyun 2011 18:37 (UTC +04:00)
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə tələbələr üçün Yay Təcrübə Proqramını elan edir.
Bakcell tələbələr üçün Yay Təcrübə Proqramını elan edir

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə tələbələr üçün Yay Təcrübə Proqramını elan edir. Yay Təcrübə Proqramının məqsədi telekommunikasiya sahəsində karyera qurmaq arzusunda olan tələbələrə şirkətin müxtəlif layihələrində iştirak edərək, praktik təcrübə qazanmaq imkanı yaratmaqdır.

"Bakcell Azərbaycanın telekommunikasiya bazarında aparıcı biznes qurumlarından biri olmaqdan qürur duyur. Biz Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyətimiz çərçivəsində gənclər üçün bir çox tədris və təlim layihələrinə böyük sərmayələr yatırırıq. Məqsədimiz gənc tələbələrimizi sürətlə inkişaf edən bu qabaqcıl sənaye və onun təklif etdiyi karyera imkanları ilə yaxından tanış etməkdir", - Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer proqram haqqında bunları deyib.

Bakcell-in Yay Təcrübə Proqramında iştirak etmək üçün ərizələrin qəbulu 30 iyun 2011-ci il tarixinə kimi davam edəcək. Maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına göndərə bilərlər. Seçilmiş tələbələrə təqaüd də veriləcək. Seçim zamanı kommersiya və marketinq sahələri üzrə təhsil alan tələbələrə üstünlük veriləcək.

Qeyd edək ki, Bakcell gənclərin kadr hazırlığı üzrə bir neçə böyük layihəyə vəsait ayırıb. Bakcell və Junior Achievement Azərbaycan təşkilatının texniki fakültə tələbələri üçün "Mobil Telekommunikasiya Biznesinə Giriş" təlim proqramı, Bakcell və AIESEC beynəlxalq tələbə gənclər təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı və tələbələr üçün "Bakcell Məzunu" proqramı bu layihələr sırasındadır.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti