...

Nar Mobile Gəncə sakinləri üçün növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim etdi (FOTO)

Telekommunikasiya Materials 17 İyun 2011 15:47 (UTC +04:00)
Cümə günü Gəncə şəhərində (Nizami küç., 2A ünvanında) Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.
Nar Mobile Gəncə sakinləri üçün növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Cümə günü Gəncə şəhərində (Nizami küç., 2A ünvanında) Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.

Yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış olublar.

Nar Mobile tərəfindən təqdim edilən yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri hazırda Bakı, Gəncə, Bərdə, Zaqatala, Tovuz və Salyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılışları həyata keçiriləcək.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar Mobile ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib.

Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80%-ni əhatə edir. Bu günədək "Azerfon" şirkəti 1,7 milyonadək abunəçiyə xidmət göstərib.

Xəbər lenti

Xəbər lenti