...

Azərbaycanda İKT xidmətləri üzrə təsnifat təsdiq edilib

Telekommunikasiya Materials 23 İyun 2011 13:16 (UTC +04:00)
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları xidmətləri üzrə yeni milli təsnifat təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanda İKT xidmətləri üzrə təsnifat təsdiq edilib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları xidmətləri üzrə yeni milli təsnifat təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Xidmətlərin yeni statistik təsnifatında lazım olan, eləcə də Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində artıq göstərilən xidmətlər yer alıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZT 042-2011 nömrəsi ilə qeydiyyata alınan təsnifat iyunun 20-dən tətbiq edilməyə başlayıb.

Layihə aidiyyəti dövlət qurumları, elmi və təhsil strukturları ilə razılaşdırılıb.

Qəbul edilən təsnifat Avropa İqtisadi Birliyi Statistika Komissiyasının CPA 2008 (Classification of products by activity) təsnifatının bazası əsasında hazırlanmışdır və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində göstərilən və tələb olunan xidmətləri təsvir etmək üçün nəzərdə tutulur. Həmçinin, bu təsnifata hazırda ABŞ, Kanada və Meksikada tətbiq edilən "North American Product Classification System" təsnifatında əksini tapmış aktual İKT xidmətləri də salınıb.

Hazırda İKT məhsulları üzrə milli təsnifatın hazırlanması üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti