...

"Symantec" Azərbaycanın dövlət müəssisələri üçün güzəştli şərtlər təklif etməyə hazırdır

Telekommunikasiya Materials 2 İyul 2011 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir H.Vəliyev /
"Symantec" şirkəti informasiya təhlükəsizliyi sistemlərinin alınması zamanı Azərbaycanın dövlət müəssisələrinə güzəştli şərtlər təklif etməyə hazırdır. Bu barədə Trend-ə şənbə günü "Symantec" şirkətinin "MONT Azerbaijan" şirkətinin Symantec məhsulları üzrə meneceri Anar Sadıqbəyov bildirib.
Sadıqbəyovun sözlərinə görə, layihənin dəyərindən asılı olaraq güzəştlər 50 faikzə çata bilər.
"Hazırda güzəştli şərtlərin təqdim olunması ölkənin bəzi dövlət müəssisələrində və təhsil sahəsində təcrübədən keçirilir", - Sadıqbəyov bildirib.
Bilavasitə "Symantec"ə gəldikdə, menecerin sözlərinə görə, bu vendorun mövqeyi Avropa və Amerikadakı bazarlardan fərqli olaraq, MDB məkanında, eləcə də Azərbaycanda kifayət qədər güclü deyil. MDB regionunda bu gün öz həllərinini bazarda irəliləməsi ilə tam şəkildə məşğul olan "Kasperski Laboratoriyası" və Dr.Web kimi venderlərin həlləri üstünlük təşkil edir.
Sadıqbəyovun fikrincə, hazırda Azərbaycanda proqram həllərdən istifadə səviyyəsi kifayət qədər yüksək deyil.
"Bunun səbəbi bir çox Azərbaycan şirkətlərinin ola bilsin ki, onların ehtiyaclarının olduğu bu və ya digər həllərin mövcudluğundan xəbərdar olmamasıdır.Konkret hallarda bəzi şirkətlər onlardan səmərəli istifadə edirlər. Məhz bu aspektdə Azərbaycanda informasiya həlləri bazarı məsələn, Rusiya ilə müqayisədə hələlik zəifdir", - Sadıqbəyov bildirib.

Xəbər lenti

Xəbər lenti