...

Azərbaycanın rabitə administrasiyası poçt sektorunda islahatlarla bağlı təcrübəsini bölüşəcək

Telekommunikasiya Materials 5 İyul 2011 15:38 (UTC +04:00)
Azərbaycanın poçt sektorundakı təcrübəsi sentyabrın 6-7-də Kiyevdə keçiriləcək regional konfrans çərçivəsində müzakirə ediləcək.
Azərbaycanın rabitə administrasiyası poçt sektorunda islahatlarla bağlı təcrübəsini bölüşəcək

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt sektorundakı təcrübəsi sentyabrın 6-7-də Kiyevdə keçiriləcək "Avropa və MDB ölkələrinə poçt islahatlarının möhkəmləndirilməsi və irəliləməsində dəstək göstərilməsi" regional konfransı çərçivəsində müzakirə ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Regional Rabitə Birliyinin məlumatında deyilir.

Konfrans çərçivəsində universal poçt xidmətlərinin tətbiqi, reqlamentləşdirmə, poçt sektorunun tənzimlənməsi və maliyyələşdirilməsi, Ümumdünya Poçt İttifaqının poçt islahatları sahəsində metodologiyası, inkişaf etməkdə olan ölkələrdə poçt operatorlarının modernləşdirilməsi məsələlərinə də baxılacaq.

ÜPİ-nin nümayəndələri islahatların kompleks perspektivləri və Avropa və MDB ölkələrində poçt sektorunun inkişafı haqqında danışacaqlar.

Azərbaycanın rabitə administrasiyası sentyabrın 8-də Kiyevdə keçiriləcək RRB-nin poçt rabitəsi üzrə 33-cü iclasının işində və RRB-nin Poçt Rabitəsi Operatorları Şurasının 22-ci iclasında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti