...

Azərbaycanın İKT sektoru üzrə gəlirlərinin həcmi ümumdünya orta göstəricisindən iki dəfə çoxdur - nazir

Telekommunikasiya Materials 13 İyul 2011 13:19 (UTC +04:00)
Altı ay ərzində Azərbaycanın informasiya-kommunikasiya sektoru üzrə əldə etdiyi gəlirlərin həcmi 15 faiz artıb.
Azərbaycanın İKT sektoru üzrə gəlirlərinin həcmi ümumdünya orta göstəricisindən iki dəfə çoxdur - nazir

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir H.Vəliyev/

Altı ay ərzində Azərbaycanın informasiya-kommunikasiya sektoru üzrə əldə etdiyi gəlirlərin həcmi 15 faiz artıb. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu göstərici ümumdünya orta göstəricisindən iki dəfə çoxdur. Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib. Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə var. Nazirin sözlərinə görə, Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı var.

İlin birinci yarısında mobil telefon şəbəkəsində əsas fəaliyyyət yeni xidmətlərin göstərilməsi və abonent şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılıb. İndi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir.

Son altı ay ərzində Azərbaycanda mobil rabitə xidmətlərinin dəyəri 30 faiz azalıb, istiqamətdən asılı olaraq rouminq xidmətlərinin dəyəri isə 20-dən 50 faizədək ucuzlaşıb. Bu gün Azərbaycanda mobil rabitə xidmətlərinin qiymət diapozonu təxminən Şərqi Avropa ölkələri səviyyəsindədir.

Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalıb. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir. Lakin Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirib.

Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə, bu rəqəm daha da artmış və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.

Xəbər lenti

Xəbər lenti