...

Dövlət elmi tədqiqatları dəstəkləməlidir - Əli Abbasov

Telekommunikasiya Materials 30 Avqust 2011 15:11 (UTC +04:00)
Müasir zamanda elmi tədqiqatlara ən böyük dəstək hökumət tərəfindən verilməlidir.
Dövlət elmi tədqiqatları dəstəkləməlidir - Əli Abbasov

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir H.Vəliyev/

Müasir zamanda elmi tədqiqatlara ən böyük dəstək hökumət tərəfindən verilməlidir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyədə keçirilən III Beynəlxalq "Optimallaşma, idarəetmə və sənaye tətbiqləri" konfransında deyib. Məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yayıb.

Abbasovun sözlərinə görə, indi əksər cəmiyyətlərin qəbul etdiyi bir inkişaf prinsipi var: bu, universitet, hökumət və biznesin vahid birləşməsidir.

"Mən hökumətin rolunu ona görə xüsusi vurğulayıram ki, bir çox ölkələr var ki, orada dövlət idarəçiliyi bazar iqtisadiyyatına tam uyğunlaşdırılmayıb və ölkənin iqtisadi potensialı inkişaf etmiş ölkələr səviyyəsində deyil. Bu halda elmi tədqiqatlar və təhsil dövlətin xüsusi diqqətində olmalıdır", - nazir bildirib.

Abbasovun fikrincə, ölkə nə qədər yoxsuldursa, bir o qədər də təhsil və elmə çox vəsait xərcləməlidir ki, bu yoxsulluqdan qurtarsın.

Xəbər lenti

Xəbər lenti