...

"Azerfon" Qafqaz Universitetinin 25 tələbəsini mükafatlandırıb (FOTO)

Telekommunikasiya Materials 16 Sentyabr 2011 19:41 (UTC +04:00)
Sentyabrın 15-də "Azerfon" şirkəti Qafqaz Universitetinin yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbirdə iştirak edib.
"Azerfon" Qafqaz Universitetinin 25 tələbəsini mükafatlandırıb (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 15-də "Azerfon" şirkəti Qafqaz Universitetinin yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbirdə iştirak edib. Tədbir zamanı "Azerfon" şirkəti Qafqaz Universitetinin müəllim və tələbə heyətini yeni dərs ili münasibətilə təbrik edib, 600-700 balla qəbul olunmuş tələbələri qiymətli hədiyyələrə mükafatlandırıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən "Azerfon"un Korporativ ünsiyyət şöbəsinin rəhbəri Elşad Fərzəliyev informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində yerli kadr potensialının inkişafına şirkətin daim dəstək olduğunu vurğulayıb. "Azerfon şirkəti olaraq biz təhsil sahəsində ən keyfiyyətli ali məktəb olan və yüksək savadlı məzunları ilə seçilən Qafqaz Universitetini təbrik edirik. Qafqaz Universitetinə 700 balla qəbul olunmuş 4 Prezident Təqaüdçüsü, və 600-dan çox bal toplamış daha 21 tələbəni mükafatlandırmaq bizim üçün böyük fəxrdir. Çox sevindirici haldır ki, ən yüksək bal toplamış bu tələbələrin çoxu kompyuter mühəndisliyi ixtisasını seçmişlər, və bu da, Azərbaycanın gələcəkdə İKT ölkəsində çevrilməsi üçün böyük potensiala malik olduğunu göstərir", - Fərzəliyev söyləyib.

"Azerfon" nümayəndəsi təhsilin inkişafına, təhsildə mobil texnologiyaların tətbiqinə yönəlmiş layihələrə dəstəyin şirkətin korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Buna misal olaraq, "Azerfon" tərəfindən istedadlı tələbələr üçün təşkil edilən "İstedad sizdə, imkanlar bizdə" yay təcrübə proqramı qeyd edilib. Yay təcrübəsi proqramı vasitəsilə 10-dan artıq tələbə "Azerfon" şirkətində 3 ay müddətində texniki biliklərini təcrübədə tətbiq etmək və sonra şirkətdə daimi iş qazanmaq imkanı əldə edirlər.

Tədbirin sonunda ən yüksək bal toplamış 25 tələbəyə "Azerfon" nümayəndəsi tərəfindən 3G mobil internet imkanı verən data kartları hədiyyə kimi təqdim edib.

"Nar Mobile" və "Azerfon-Vodafone" ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti