...

Əli Abbasov: Azercell və Bakcell yaxın vaxtlarda 3G üçün lisenziya alacaqlar

Telekommunikasiya Materials 19 Sentyabr 2011 11:16 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatorları olan Azercell və Bakcell şirkətlərinə şəbəkələrinin 3G xidmətlərinin göstərilməsinə hazırlanması üzrə işləri başa çatdırmaq tapşırılıb.
Əli Abbasov: Azercell və Bakcell yaxın vaxtlarda 3G üçün lisenziya alacaqlar

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatorları olan Azercell və Bakcell şirkətlərinə şəbəkələrinin 3G xidmətlərinin göstərilməsinə hazırlanması üzrə işləri başa çatdırmaq tapşırılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Abbasov deyib ki, yaxın vaxtlarda bu operatorlar 3G - üçüncü nəsil şəbəkəsinin yerləşdirilməsi üzrə lisenziya alacaqlar.

Hazırda Azərbaycanda yalnız bir operator - Azerfon 3G xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti