...

Azərbaycanın rabitə operatoru yeni elektron ATS-ləri işə salır

Telekommunikasiya Materials 23 Sentyabr 2011 15:51 (UTC +04:00)
Azərbaycanın rabitə operatoru AzEuroTel 504/505 indeksli yeni elektron ATS-ləri işə salır. Bu barədə Trend-ə cümə günü şirkətdən bildirilib.
Azərbaycanın rabitə operatoru yeni elektron ATS-ləri işə salır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə operatoru AzEuroTel 504/505 indeksli yeni elektron ATS-ləri işə salır. Bu barədə Trend-ə cümə günü şirkətdən bildirilib.

Hazırda yeni avadanlıqların quraşdırılması işləri tamamlanma mərhələsindədir. Yeni ATS-lərin yaxın günlərdə işə salınacağı gözlənilir.

Hər telefon stansiyasının nömrə tutumu 20 min nömrədir. Telekomunikasiya avadanlıqlarının tədarükçüsü Ericsson şirkətidir.

Yeni stansiyalar NGN texnologiyaları əsasında tikilib ki, operator bununla uzunmüddətli perspektivdə yeni xidmət sahələrinin artımını stimullaşdırmaq istəyir.

Ənənəvi rabitə xidmətləri ilə yanaşı, şirkət multimedia xidmətləri (IP-telefon, genişzolaqlı internet, IP-TV və s.) də göstərəcək.

AzEuroTel 492/497/437 rəqəmli ATS-lərinin operatorudur, onun nömrə tutumu 30 min ədəddir ki, bunun 27 mini istismardadır.

Şirkətin yerli telefon rabitəsi quraşdırma və istismar, seçilmiş beynəlxalq və şəhərlərarası peyk rabitəsi kanallarının təşkili, məlumat göndərmə və telematik rabitə şəbəkələrinin qurulması, video-konfrans-rabitə xidmətlərinin göstərilməsi, danışıq məntəqələrinin təşkili, yeni yerli, beynəlxalq və şəhərlərarası taksofonların quraşdırılması və istismarı üçün icazəsi var.

Xəbər lenti

Xəbər lenti