...

Azərbaycanın dövlət rabitə operatoru taksofon parkını yeniləyir

Telekommunikasiya Materials 29 Sentyabr 2011 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi taksofon parkının yenilənməsi üzrə işlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

Əmirovun sözlərinə görə, bu istiqamətdə işlərin 2012-ci ilin ortalarında başa çatdırılması planlaşdırılır. Yeni taksofonlar Bakının mərkəzi küçələrində, perspektivdə isə paytaxt ətrafında quraşdırılacaq.

Taksofon telefon rabitəsinin xidməti yerli, şəhərlərarası və beynəlxalq zəngləri həyata keçirməyə imkan verir. Taksofonlar vasitəsilə xidmətlər həm qəpiklər, həm də operatorun taksofon çip kartları vasitəsilə həyata keçirilir.

Operatorun şəbəkəsində istifadə olunan aparatlar hava şəraitinə dözümlüdür, sındırılma və aparatın içərisinə rütubətin düşməsi imkanı minimuma bərabərdir.

Xəbər lenti

Xəbər lenti