...

"Azerfon" növbəti beynəlxalq sərgidə iştirak edib

Telekommunikasiya Materials 26 Oktyabr 2011 16:11 (UTC +04:00)
"Azerfon" şirkəti Cenevrədə keçirilən "ITU World Telecom 2011" beynəlxalq sərgisində ən son məhsul və xidmətlərini nümayiş etdirib.
"Azerfon" növbəti beynəlxalq sərgidə iştirak edib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

"Azerfon" şirkəti Cenevrədə keçirilən "ITU World Telecom 2011" beynəlxalq sərgisində ən son məhsul və xidmətlərini nümayiş etdirib.

Azərbaycanın ilk 3G operatoru olan "Azerfon" şirkəti Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyətində İsveçrənin Cenevrə şəhərində "ITU Telecom 2011" - qlobal telekommunikasiya və İT texnologiyalarına həsr olunmuş beynəlxalq sərgidə təmsil olunub.

Dünya üzrə ən iri İKT sərgilərindən biri olan "ITU World Telecom 2011"-də "Azerfon" şirkəti bazarda təqdim etdiyi son məhsul və xidmətləri, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrini nümayiş etdirib. Sərgidə "Azerfon"un "Nar Mobile" və "Azerfon-Vodafone" ticarət nişanları altında bazara təqdim edilən bir sıra 3G texnologiyasına əsaslanan məhsulları - məsafədən müşahidə imkanı verən 3G kameraları, sürətli 3G mobil internet modemləri xüsusi marağa səbəb olub.

"Azerfon"u sərgidə təmsil edən şirkətin Korporativ əlaqələr üzrə şöbə müdiri Elşad Fərzəliyev sərgi iştirakçılarını "Azerfon"un əldə etdiyi ən son nailiyyətlər haqqında məlumatlandırıb.

"ITU World Telecom 2011" dünyada ən iri İKT sərgilərindən biridir. Sərgidə dünyanın 40 ölkəsindən 700-ə yaxın şirkət təmsil olunur və internet, telekommunikasiya, İT texnologiyası, investisiya paketləri, mobil texnologiyalar və digər bu səpkili məhsullar nümayiş olunub. Sərgini dünyanın hər yerindən minə yaxın jurnalist və KİV nümayəndələri işıqlandırıb.

"Nar Mobile" və "Azerfon-Vodafone" ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti